DMANİSİDƏ MÖVLUD BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR TƏŞKİL OLUNUB

Bu ayın 27-dən başlayaraq oktyabrın 5-dək “Vəhdət VƏ Mövlud həftəsi” günlərində İslam dünyasında olduğu kimi ölkəmizin bir neçə bölgələrində Hz. Məhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) təvəllüdləri münasibəti ilə bayram tədbirləri keçirilib.
Həmin tədbirlərdən biri də bu gün Dmanisinin Qarabulaq kəndində baş tutub.
Yerli müsəlmanların iştirakı ilə keçirilən tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, din xadimləri, yerli idarəetmə orqanının nümayəndələri də iştirak edib.
Qurani-Kərimin tilavəti ilə açıq elan olunan tədbirfə Aləmlərə rəhmət olan Peyğəmbərimizin (ə) həyatından, ibrətli kəlamlarından, insanlığa örnək davranış tərzi və əxlaqi xüsusisiyyətlərindən danışılıb.
Şeir və ilahilərlə bayram süfrəsi ətrafında keçirilən tədbir dua oxunmaqla yekunlaşıb.
advanced divider