BEYNƏLXALQ TOLERANTLIQ GÜNÜ DİNİ İCMALAR BİR ARAYA GƏLİB

Bu gün “Beynəlxalq Tolerantlıq Günü” münasibəti ilə dini icma rəhbərləri və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Gürcüstan İncil inanc kilsəsinin qonağı olublar.
Tədbirdə çıxış edənlər Tolerantlıq günü münasibəti ilə bir-birilərini təbrik edib, dünyada tolerantlığın və dini dözümlülüyün önəmindən, dinlərarası dialoq və xoşmünasibətərin əhəmiyyətindən danışıblar.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi çıxışı zamanı Müasir dünyada sülh, əminamanlıq və münbit mühitin formalaşması üçün tolerantlığın daha da zəruri olmasını dilə gətirib. Dünyada insanlığa dəyər vermək və dəstək olmaq hissinin inkişafı üçün irqi, sosial və ən əsası dini tolerantlığın olması olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, artıq 7 ildir ki, Tolerantlıq günündə dini icmalardan biri ev sahibliyi edərək digər dini konfessiya nümayəndələrini dəvət edirlər.
advanced divider