“HZ. ZEYNƏBİ KÜBRANIN NÜMUNƏVİ HƏYAT TƏRZİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

Bu gün Tbilisidə Həzrət Zeynəbin (s.ə) anım gününə həsr olunmuş “Zeynəbi Kübranın nümunəvi həyat tərzi” mövzusunda seminar keçirilib.
BGMİnin nəzdində fəaliyyət göstərən Müsəlman Qadınları İcmasınn təşkilatçılığı ilə Alul-beyt Mərkəzininin konfrans salonunda keçirilən seminarda paytaxt Tbilisidən, ətraf şəhər və kəndlərdən xanımlar iştirak edib.
Quran-Kərimin tilavəti ilə başlayan seminarda oxunan ayələrin savabı Türkiyə, Suriya və digər yerlərdə Təbii fəlakətdən dünyasını dəyişənlərin və şəhidlərin ruhuna tapşırılıb. Uçqunlar altında qalanların sağ qalmaları və yaralıların şəfası üçün dualar edilib.
Sonra seminarın aparıcısı Lalə Süleymanova iştirakçıları salamladıqdan sonra bu günə təsadüf edən Həzrət Zeynəbin (s.ə) vəfatı münasibəti ilə başsağlığını çatdırıb. O, sözlərində qeyd edib ki, belə tədbirlərin keçrilməsində məqsəd, tarixdə örnək götürləcək qadınları tanıtdırmaq və onların həyatından alınan dərsləri örnək olaraq xatırlamaq və çatdırmaqdan ibarətdir.
Sonra çıxış üçün sözü Gürcüstan Müsəlman Qadınları İcmasının digər üzvləri olan Naidə Hacıyeva, Şahnaz Həsənova, Gülsafa Məmmədova və Laləzər İbrahimovaya verib.
Çıxış edən din müəllimələri Hz. Zeynəbin örnək həyat tərzi, Kərbəla hadisəsindəki rolu, Hz. Zeynəbin timsalında nümunəvi qadın və ailə anası haqda ətraflı danışıblar.
Seminarda Hz. Zeynəbin həyatından bəhs edən videoçarx nümayiş edilib, şeirlər oxunub. Seminar dua oxunmaqla yekunlaşdırılıb.

advanced divider