BATUMİDƏ İSLAM PEYĞƏMBƏRİNƏ (S) HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB

Dünən Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Batumi şəhərində Həzrət Məhəmməd (s) Peyğəmbərin (s) mübarək mövludu münasibəti ilə bayram tədbiri təşkil olunub.
Acarıstan Muxtar Vilayətinin mərkəzi Mədəniyyət Sarayında təşkil olunan tədbirdə Batumi və Acarıstanın bölgələrində yaşayan inanclı gürcü müsəlmanlar, din və ictimaiyyət xadimləri ilə birgə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, müftiləri, Türkiyə Diyanət qurumundan nümayəndələr, Azərbaycan və digər müsəlman ölkələrinin konsulları iştirak edib.
Quran tilavəti ilə başlayan tədbirdə Həzrət Peyğəmbərimizn həyatı, davranışları və insanlığa örnək xüsusiyətləri və O Həzrətin bəşəriyyətə verdiyi faydalar və söylədiyi kəlamlar barəsində çıxışlar olub. Gürcücə şeir və qəsidələr oxunub.
Sonda Quran-Kərimin hifzi sahəsində kursu bitirən tələbələr, müxtəlif yarışlarda qalibiyyət qazananlar və yay Quran kurslarında layiqli iştirak edən şagirdlər İdarənin Qərbi Gürcüstan müftisi tərəfindən diplom, sertifikat və pul mükafatları ilə təltif olunublar.
advanced divider