LAQODEXİDƏ HZ. İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB

Bu gün Laqodexinin Qabal kəndində Allahın vəlisi, Peyğəmbərin vəsisi, ilk iman gətirən və möminlərin əmiri, Hz.İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Laqodexinin Azərbaycanlılan yaşayan 4 kəndindən dəvət olunan din, ictimaiyyət xadimləri və yerli müsəlmanlar iştirak edib.
Tədbirin aparıcısı Laqodexinin baş axundu Kərbəlayi Kamran Abbasovun aparıcılığı ilə keçirilən tədbir öncə Kərbəlayi Natiq Sadıqovun Quran tilavəti ilə açıq elan olunub.
Tədbirdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov tədbir iştirakçılarını salamlayıb, təbriklərini çatdırdıqdan sonra Hz. Əlinin (ə) sosial xidmətləri və insanlara yaxşılıq və əltutmaq haqqında imamın örnək xüsusiyyətləri haqqında danışıb. Danışan və canlı Quran olan imamın fəzilətlərindən və yüksək insani keyfiyyətlərin müsəlmanlar üçün örnək olması sahəsində ətraflı məlumatlar verib.
Sonra İdarənin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi Hacı Qurban Rəcəb ayının fəziləti, bu ayda Allaha yaxınlaşmaq yönündə tövsüyə olunan dua və əməllər haqqında ətraflı bilgilər təqdim edib.
Tədbirdə Laqodexidə fəaliyyətdə olan Qabal və Qaracalar məscidlərinin imamı Aqil Daşdəmirov, Rövşən Sulikov və Gəncələr məscidinin axundu Hafiz Tağıyev də təbrik və ürək sözlərini söyləyiblər.
Tədbir ruhu oxşayan şeir və Qaballı səs sənətkarlarının ifa etdikləri ilahilərlə davam edib.
Nəhayət dua ilə yekunlaşan məclisin sonunda Məbəs bayramı münasibəti ilə süfrə açılıb.
Adları Əli olanlara hədiyyələr təqdim olunub. Mərasim ölkə və İslam dünyası üçün dualar oxunmaqla sona çatıb.
advanced divider