QARDABANİDƏ MÖVLUD BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Qardabani şəhərində yerləşən Əl-hikmə mərkəzində Həzrət Məhəmməd (s) Peyğəmbər və İmam Sadiqin (ə) mübarək mövludları münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon və ətraf kəndlərdən dəvət olunan müsəlmanlar din və ictimaiyyət xadimləri iştirak edib.
Məşədi Vidadi Qurbanovun Qurani-Kərimin tilavəti və aparıcılığı ilə keçirilən tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Şərqi Gürcüstan üzrə müftinin nümayəndəsi Hacı Rizvan Qəhrəmanov, Qardabaninin baş axundu Məşədi Rasim Qasımov və Gürcüstan Azərbaycanılarının Ağsaqqallar Şurasının sədr müavini Hacı Mayak Nemətov çıxış edib.
Çıxış edənlər Allahın Rəsulu Hz. Məhəmmədin (s) üstün fəzilət və məqamından, həyat tərzindən, onun insanlığa verdiyi örnəklərdən və sifarişlərdən söhbət açıblar.
Çıxış edənlər Allahın Rəsulu, Peyğəmbərlərin xatəmi Hz. Məhəmmədin (s) üstün fəzilət və məqamından, örnək həyat tərzindən, onun insanlığa verdiyi örnəklərdən və sifarişlərdən söhbət açıblar.
Tədbir əhlibeyt məddahı Səid Həsənin Peyğəmbər (s) eşqini tərənnüm edən şeir, mövludnamə və ilahilər ifa etməsi ilə davam edib.
Tədbir dua oxunmaqla sona çatıb. Sonda iştirakçılarına poster və jurnallar hədiyyə olunub.
Qeyd edək ki, İslam dünyasında “Vəhdət həftəsi” kimi tanınan bu mövlud günləri münasibəti ilə ölkəmizin bir çox şəhər və kəndlərində bayram mərasimləri keçirilir.
advanced divider