ÜMUDMÜNYA ƏHLİ-BEYT (Ə) ASSAMBLEYASININ 7-Cİ ICLASI BAŞA ÇATIB

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının “Əhli-beyt (ə) ağıl, ədalət və ləyaqət mərkəzində” şüarı ilə keçirilən 7-cı iclası başa çatıb.
1 sentyabr tarixində başlayan iclasda İran İslam Respublikasının prezidenti İbrahim Rəisi, Assambleyanın baş katibi Ayətullah Ramazani və tanınmış dini şəxsiyyətlər ilə birlikdə dünyanın müxtəlif ölkələrindən dəvət edilmiş qonaqlar iştirak ediblər.
Dünyanın 118 ölkəsindən 400-ə yaxın dini rəhbər, alim və şəxsiyyətlərin qatıldığı, 4 sentyabr tarixinə qədər davam edən iclasda müxtəlif çıxışlar edilib. Ümumi iclas və bir neçə komissiya çərçivəsində İslam dünyasının problemləri müzakirə edilib və həll yolları barədə fikir mübadiləsi aparılıb.
Bu mötəbər iclasda Gürcüstanı Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Əhli-Beyt Cəmiyyətinin sədri Hacı Rasim Məmmədov və Əhli-beyt hikməti təşkilatının sədri Hacı Namiq Hüseynov təmsil ediblər.
İclasda Gürcüstanda çap olunan dini nəşrlər sərgilənib. Şeyx Ramin İgidov Əlaqə və Kommunikasiya Komissiyasının birinci katibi olaraq iştirak edib.
advanced divider