TBİLİSİDƏ HZ. İMAM HÜSEYNİN (Ə) TƏVƏLLÜDÜ GÜNÜ MƏRASİM TƏŞKİL OLUNUB

Bu gün Tbilisi – Poniçala (Soğanlıq) qəsəbəsində yerləşən Əhli-beyt (ə) adına məsciddə Şəban ayının əvvəl günlərinə təsadüf edən Həzrət İmam Hüseyn (ə), Həzrət İmam Səccad (ə) və Həzrət Əbəlfəzl-Abbasın (ə) mövlud günləri münasibəti ilə mərasim keçirilib.
Quran tilavəti ilə açıq elan olunan tədbirdə Əhli-beytin imamlarının məqam və fəzilətlərindən, ibrətamiz kəlamları işığında insanlara örnək xüsusiyyətlərdən və belə tədbirləri keçirmənin fayda və əhəmiyyətindən danışılıb.
Möminlərin iştirak etdiyi mənəvi bayram əhval ruhiyyəsində keçirilən tədbirdə İmam Hüseyn (ə) haqqında ilahi və qəsidələr söylənilib.
Nəhayət İmam Zaman (ə) duası ilə yekunlaşdıqdan sonra mərasim iştirakçılar bayram süfrəsi ətrafında bir araya gəliblər.
advanced divider