TÜRKİYƏ VƏ SURİYADA ZƏLZƏLƏDƏN ZƏRƏRÇƏKƏNLƏR ÜÇÜN TOPLANAN 135000 LARİDƏN ÇOX MƏBLƏĞ ÇATDIRILIB

Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən Türkiyə və Suriyada baş vermiş zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə təşkil olunan aksiya çərçivəsində İdarənin elan etdiyi bank hesabına ümumilikdə 136443 lari məbləğində vəsait toplanmışdır.
Məlumata əsasən, köçürülən pul vəsaitinin (xeyriyyəçilərin öz istəyinə əsasən) 100000 larisi Türkiyəyə, 36443 larisi isə Suriyada zəlzələdən əziyyət çəkənlər üçün köçürülüb.
Dini idarənin məlumatında deyilir: “Dəhşətli və dağıdıcı zəlzələdən dolayı bir daha üzüldüyümüzü bildirərək, dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa və ailələrinə də səbr diləyirik.
Xeyirxahlıq göstərərək yardım edən bütün həmvətənlilərimizə və bu işdə dəstəyi olan BGMİ-nin əməkdaşları olan din xadimlərinə təşəkkür edirik. Ruzini bəxş edən Allah insanlıq naminə edilən bütün yaxşılıqları ali dərəcədə qəbul etsin. Amin!”.
advanced divider