TBİLİSİDƏ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

Tbilisidə yerləşən Alulbeyt Dini Mədəniyyət Mərkəzində Xocalı faciəsininin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən elm, din və ictimaiyyət xadimləri iştirak ediblər.
Soyqırım qurbanlarının və şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr və dualar oxunmaqla başlayan tədbirdə 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalıda baş vermiş insanlıqdan uzaq vəhşiliklər barədə məlumat verilib.
Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib.
Sonra çıxış üçün söz Gürcüstan Müsəlmanları İdarəsinin şeyx, müfti və əməkdaşına, Azərbaycan səfirliyinin nümayəndəsinə, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar şurasının sədr və bir neçə üzvünə və digər elm və ictimaiyyət xadimlərinə verilib.
Çıxış edənlər Xocalı soyqrımının ildönümü münasibəti ilə Azərbaycan xalqına baş sağlığı verib. XX əsrin faciəsinin dəhşətindən, əsrimizdə bəzi qətliam və terror hadisələrindən, Quranda soyqırım anlayışı və günahsız insan qətlinə Allah tərəfindən vəd olunmuş cəzalardan, bəzi böyük dövlətlər tərəfindən belə hadisələrə qarşı sürdürülən ikili standartlardan və oxşar hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün tarixdən ibrət almanın önəmindən və s. mövzular haqda ətraflı danışıblar.
Tədbirin sonunda Azərbaycan səfirliyinin Xocalı ilə bağlı təşkil etdiyi rəsm müsabiqəsinin qaliblərindən olan Həsən Nəbiyev Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən mükafatlandırılıb.
İki saat davam edən tədbir duaların oxunması ilə başa çatıb.
advanced divider