QARAÇÖPDƏ HZ. FATİMƏ ZƏHRANIN (S.Ə) ŞƏHADƏT GÜNÜ İLƏ ƏLAQƏDAR ANIM MƏRASİMİ KEÇİRİLİB

Ötən gün Saqareconun Qaraçöp (Muğanlı) kəndində yeni təmirdən çıxan Fatimeyi Zəhra (s.ə) adına məsciddə Hz. Fatimənin (s.ə) şəhadət günü münasibəti ilə yas mərasimi təşkil olunub.
Qurani-Kərimin tilavətilə başlayan anım mərasimində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, bölgənin baş axundu Kərbəlayi Samir Əliyev, məntəqənin ruhanisi Məşədi Taleh Paşayev, məscidin axundu Mir Saleh Mamedov və başqaları çıxış ediblər.
Çıxış edənlər Hz. Fatimənin (s.ə) fəzilət və məqamı, Xanımlar xanımının müsəlman qadınlara tövsiyələri, Peyğəmbər (s) qızı və imamlar anasının həyat və şəxsiyyətindən örnək alınacaq dərslər haqqında ətraflı məlumat veriblər. Onlar məscidin əsaslı təmirində başda Gürcüstan Müsəlmanları İdarəsi olmaqla maddi, mənəvi və fiziki olaraq zəhməti keçən bütün xeyirxah insanlara minnətdarlıqlarını bildiriblər.
Sonra mərsiyyə oxunub və ehsan süfrəsi açılıb.
Qeyd edək ki, 7 dekabrdan başlayaraq artıq ötən günə qədər Gürcüstanın müxtəlif bölgələrindəki məscidlərdə “Əyyami Fatimə” (Hz. Fatimənin (s.ə) şəhadət günləri) münasibəti ilə əza mərasimləri keçirilib.
advanced divider