HZ FATİMƏNİN (S.Ə) ŞƏHADƏT GÜNLƏRİ İLƏ ƏLAQƏDAR ANIM MƏRASİMLƏRİ KEÇİRİLİR

Bölgələrdə “Əyyami Fatimə” (Hz. Fatimənin (s.ə) şəhadət günləri) münasibəti ilə əza mərasimləri keçirilir. Müxtəlif məscid və dini mərkəzlərdə təşkil olunan mərasimlərdə öncə Allahın kəlamları tilavət olunur. Sonra Hz. Fatimənin (s.ə) fəzilət və məqamı, Xanımlar xanımının müsəlman qadınlara tövsiyələri, Peyğəmbər (s) qızı və imamlar anasının həyat və şəxsiyyətindən örnək alınacaq dərslər haqqında söhbətlər edilir, nöhə və mərsiyələr oxunur. Sonda ehsan süfrələri açılır.
Həmin mərasimlərdən biri də ötən gün Qardabanidə Əl-hikmə mərkəzinin mərasim zalında təşkil olunub.
Mərasimlər “Əyyami Fatimənin” son günü – 27 dekabradək davam etməsi nəzərdə tutulub.
advanced divider