DİN XADİMLƏRİNİN İŞTİRAKI İLƏ İLİN YEKUNUNA DAİR HESABAT TOPLANTISI KEÇİRİLİB

Bu gün Tbilisidə bölgələri təmsil edən axundlar və din müəllimləri ilə ilin son toplantısı keçirilib. Toplantı İntizar Hacıyevin Qurandan bir neçə ayəni tilavət etməsi ilə başlayıb. Toplantıda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov öncə 2022-ci ildə görülən işlər və xərclərlə bağlı hesabat təqdim edib. Sonra gələcək fəaliyyət proqramı haqında danışıb. Dini təbliğ sahəsində fəaliyyətlərin daha da nəzmli və səmərəli olması üçün irad, tövsiyə və təkliflərini çatdırıb. Din xadimlərinin suallarını cavablandırıb, təklif və fikirlərini dinləyib.
Sonra din xadimləri və din müəllimlərinin işlərinə nəzarət komisyiyyasının məsulları təyin olunan Hacı Mahir Məmmədov və Hacı Kamran Məmmədov yeni ildən fəaliyyət sistemi və işlərə nəzarət forması haqqında ətraflı məlumat veriblər. Ruhanilərə işlərində uğurlar diləyiblər.
Toplantıdan sonra din xadimlərinəyeni ilin təqvimi və müəyyən təbliğat materialları təqdim olunub.
advanced divider