ALLAH EDİLƏN YARDIMLARI QƏBUL ETSİN

Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən Türkiyə və Suriyada baş vermiş zəlzələdən zərərçəkənlərə yardım aksiyasına bu günə qədər ümumilikdə 71088 lari, 1655 ABŞ dollar və 72.5 evro məbləğində pul köçürülmüşdür.
Aksiyanın həftənin sonuna qədər davam etməsi nəzərdə tutulub.
Xeyirxah addıma görə bütün həmvətənlilərimizə təşəkkür edir, cansağlığı və ruzilərinə bərəkət diləyirik.
Eyni zamanda demək olar ki, ölkəmizin bütün məscidlərində də aksiyalar təşkil olunub zəlzələdən zərər çəkənlərə böyük həcmdə müxtəlif əşya və pul yardımları göndərilməkdədir.
Allah maddi, mənəvi və fiziki dəstək olan hər kəsdən razı olsun. Ruzini bəxş edən Allah insanlıq naminə edilən bu yaxşılıqları ali dərəcədə qəbul etsin. Amin!
advanced divider