TBİLİSİDƏ “DİN VƏ QANUNUN ALİLİYİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

Bu gün Tbilisidə Dini Məsələlər üzrə Dövlət Agentliyinin və Beynəlxalq Əməkdaşlıq İnstitutunun təşkilatçılığı ilə “Din və qanunun aliliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.
3 gün davam edəcək olan konfransın açılışında Gürcüstandakı dini icma və qurumların rəhbərləri, Gürcüstan parlamentinin, hökumətinin, beynəlxalq təşkilatların, diplomatik korpusların və akademik dairələrin nümayəndələri iştirak ediblər.
advanced divider