Bütün Gürcüstan Müsəlmanları İdarəsi

Gürcüstan Müsəlmanları İdarəsi İsveçdə Qurani-Kərimin yandırılmasına qarşı bəyanat yayıb
Gürcüstan Müsəlmanları İdarəsi Qurban bayramı ərəfəsində İsveçdə müqəddəs kitabımız Qurani-Kərimə qarşı edilmiş alçaq hərəkəti qətiyyətlə pisləyən bəyanat yayıblar. Söz azadlığı bəhanəsi altında belə anti-İslam hərəkətlərin yolverilməz olduğunu bildriblər.
Bəyanatda deyilir:
Bağışlayan və mehriban Allahın adı ilə
“ (Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr. (Həşr sürəsi, 21-ci ayə)
Səmavi kitabların sonuncusu olaraq bəşəriyyətin hidayəti üçün Allah tərəfindən endirilən Qurani-Kərimin təkrar yandılıması insanlıqdan uzaq iyrənc bir əməlin daha bir təzahürüdür.
Yenəndə özünü dünyaya sivil, azadlıqsevər, insan haqlarına diqqət edən, demokratiya dəyərlərinin müdafiəçisi qismində çıxış edən bir Avropanın bir ölkəsində baş verdi. Özü də bir müddət öncə İsveç İnzibati Məhkəməsi “İsveç polisinin Quranın yandırılmasına icazə verməkdən imtina etməsinin heç bir hüquqi əsası olmadığı” haqda qərar qəbul etməsindən sonra. Təəssüflə Avropada yaşayan müsəlmanların son vaxtlar gündəlik həyatlarında sistemli şəkildə ayrı-seçkilik, irqçilik və İslam əleyhinə təzyiqlərlə üzləşirlər. Avropa ölkələrində islamofobik və ksenefobik məqsdələr üçün atılan belə addımlara çox rast gəlinilir. Müqəddəs kitabımız olan “Qurani-Kərim”ə qarşı sərgilənən belə təhqiramiz hərəkətlər buna bariz nümunədir”.
Biz milyar yarımdan artıq ardıcılı olan İslam dinini hədəf alan, müsəlmanların heysiyyatına toxunan bu təhqir aktını qətiyyətlə pisləyir və bəyan edirik ki, artıq dəfələrlə törədilən və bu gün də törədilməkdə olan bu kimi alçaq əməllərin məqsədi beynəlxalq miqyasda ekstremizmə təkan vermək, terroru təşviq etməkdır.
Dünya ictimaiyyətini bu məsuliyyətsiz və mənəvi cinayət hərəkətinə qarşı birgə olmağa, ciddi qınaq mövqeyindən çıxış etməyə, təxribatçıların öz mənfur niyyətlərinə çatmalarının qarşısını almaqda həmrəy olmağa çağırırıq. Dinlərin dəyərlərinin və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik.
advanced divider