İMAM RZANIN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİRLƏR KEÇİRİLİR

Bü günlər İmamət səmasının 8-ci parlaq ulduzu Hz. İmam Rzanın (ə) təvəllüdü gününə təsadüf edir. Bu münasibətlə Gürcüstanın müxtəlif rayon və kəndlərində tədbirlər təşkil olunur.
Belə bayram tədbirlərindən biri də Tetriskaro (Ağbulaq) rayonunun Tsinskaro (Cızğar) kəndində kənd sakinlərinin iştirakı ilə təşkil olunub.
Qurani-Kərimin tilavətindən sonra Hz. İmam Rzanın (ə) həyatından, fəzilət və məqamından söhbətlər edilib. Belə mərasimlərin keçirilməsinin fəzilət, məqsəd və faydaları haqqında danışılıb.
Bayram süfrəsi ətrafında keçirilən tədbirdə şeir və ilahilər oxunub. Nəhayət tədbir dua oxunmaqla sona şatıb.
advanced divider