GÜRCÜSTANIN XALQ MÜDAFİƏÇİSİ DİNİ İCMA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB

Bu gün Tbilisidə Marriott otelinda baş tutan görüşdə ölkədəki dini icmaları narahat edən məsələlər, dini sahədə olan problemlər və həll yolları haqda təkliflər dilə gətirilib. Xalq Müdafiəçisi olan Ombudsman aparatı ilə dini məsələlər istiqamətində birgə əməkdaşlıq perspektivləri müzakirə edilib, maraq kəsb edən mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müftisi Hacı Adəm Şantadze ölkə müsəlmanlarını narahat edən bir neçə məsələlərə toxunublar. O cümlədən, yeni məscidlərin və mədrəsənin tikilişində yaradılan süni maniələr, tarixi məscidlərin qeydiyyat və bərpası sahəsində olan ehtiyaclar və s. məsələlər ətrafında danışıblar.
Tanışlıq görüşündə dini icma rəhbər və təmsilçiləri Levan İoselianinin yeni Xalq Müdafiəçisi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
advanced divider