QADINLARIN İŞTİRAKI İLƏ DİNİ MƏRASİM KEÇİRİLİB

Marneulinin Böyük Muğanlı kəndində Hz. Fatimeyi Məsumənin (s.ə) və qarşıdan gələn İmam Rza (ə) və təvəllüdləri münasibəti ilə bayram mərasimi keçirilib.
Əhlibeyt adlı Böyük Muğanlı kənd məscidin həyətində təşkil olunan mərasimdə yerli və ətraf kəndlərdən dəvət olunan xanımlar iştirak edib.
Qurani-Kərimdən bir neçə ayənin tilavəti ilə başlayan mərasimdə Gürcüstan Müsəlman Qadınlar İcmasının üzvləri Şahnaz Həsənov, Naidə Hacıyeva, Fatimə Süleymanova və Sevinc namazova çıxış üçün kürsüyə dəvət olunublar.
Çıxış edənlər öncə qonaqları salamlayaraq Hz. İmamın (ə) və bacısı Hz. Məsumənin (s.ə) təvəllüdləri münasibəti ilə təbrik ediblər. Həmçinin bu günə təsadüf edən 26 may Gürcüstanın müstəqilliyi günü münasibəti ilə təbrik və xoş arzularını çatdırıblar.
Sonra İmamın və xanımın örnək insani keyfiyyət, xüsusiyyət və fəzilətlərindən və insanlara nəsihət bəxş edən ibrətli kəlamlarından danışıblar.
Şirniyyat süfrəsi ətrafında keçirilən mərasimdə tələbələr şeir və hədislər oxuyub. Əhlibeyt məddahı Səid Həsən mədhiyyə və ilahilər ifa edərək məclisə xoş və mənəvi abu-həva bəxş edib.
Tədbirin sonunda sual-cavab keçirilib. Qaliblərə Qurani-Kərim və digər dini kitablar hədiyyə olunub.
advanced divider