QƏDİR -XUM BAYRAMINIZ MÜBARƏK!

“Qədir-Xum” bayramıdır. Bu bayram ölkəmizdə də mömin insanlar tərəfindən qeyd olunur. Qədir-xum bayramının yaranmasının İslamda çox böyük tarixi önəmi var.
Hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Peyğəmbər (s) sonuncu həcc ziyarətindən – “Həccül-vida” – dan qayıdarkən, Xum çölünə yetişdikdə, ona yeni bir vəhy nazil olur. “Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) tamamlamamış olursan…”. («Maidə» surəsi, 67)
Peyğəmbərin (s) ömrünün sonunda, bu mühüm bir məsələ qalmışdı ki, o məsələ həll olunmasa, risalət tamamlanmırdı. Peyğəmbərin 23 illik zəhməti ilə bərabər olan və müsəlmanların bilməsi zəruri olan bu məsələ Peyğəmbərdən (s) sonra öz müqəddaratlarının kimə tapşırılması məsələsi idi. Təbii ki, bu məsuliyyət də insanların elm, şücaət, təqva və s. cəhətlərdən ən fəzilətlisinə və ən üstününə tapşırılmalı idi ki, bu şərəfli işin öhdəsindən gələ bilsin.
Qədir-Xum bayramının əhəmiyyəti də ondadır ki, məhz bu gün Peyğəmbərimiz (s) özündən sonra İslam ümmətinə öndərlik və İslamı yaşatmaq və düzgün çatdırmaq üçün Allahın əmri ilə ən layiqli namizədi Hz. Əlini (ə) canişin və müsəlmanları vəlisi olaraq təyin etdi.
Bu müqəddəs bayram münasibətilə biz də bütün möminləri təbrik edirik!
advanced divider