QARDABANİDƏ HZ. İMAM MEHDİNİN (Ə) MÖVLUDU İLƏ BAĞLI MƏRASİMİ KEÇİRİLİB

Qardaban şəhərində Həzrət Mehdinin (ə) mübarək doğum günü münasibəti ilə mərasim təşkil olunub.
Ətraf rayon və kəndlərdən din, elm və ictimaiyyət xadimlərinin qatıldığı mərasimdə ölkəmizdə qonaq olan Təbrizli din alimi Ayətullah seyid Mir Mahmud Səfəvi, Gürcüstan Ruhaniləri Heyətinin üzvləri. Əl-mustafa adına Beynəlxalq Universitetin nümayəndəliyi və tələbələr iştirak edib.
Quran tilavəti ilə başlayan mərasimdə çıxış edən natiqlər öncə mərasim iştirakçılarını və ölkə müsəlmanlarını təbrik edib, Məhdəviyyət ideyasının İslam məzhəblərində qeyd qeyd olunduğunu vurğuladılar. Xilaskarın məhz Peyğəmbər (ə) Əhli-beytndən olması, vəd olunmuş zühur məsələsi və hal-hazırkı dövrdə O Həzrətin intizarında olan müsəlmanların vəzifələri haqqında danışıb.
Mərasimdə Gürcüstanlı məddah Səid Həsənin ifasında dini ilahilər səsləndirilib, tələbələr şeir və hədislər oxuyub. Nəhayət mərasim İmam Zaman (ə) duası ilə sona çatıb.
advanced divider