26 fevral tarixində Beynəlxalq Əl-Mustafa Universitetinin Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə Marneulidə “İslam və ailə” adlı elmi seminar baş tutub.

Seminarda ruhanilər, müəllimlər, ictimaiyyət adamları və Əl-Mustafa Universitetində təhsil alan tələbələr iştirak ediblər.

Seminarı açıq elan edən moderator Dr.Bəşər Məmmədov sözü müqəddəs Qurani Kərimdən ayələrin tilavət etməsi üçün Quran qarisi Fuad İsayevə verib. Qurani Kərimdən ayələr zikir olunduqdan sonra bu günə təsadüf edən Xocalı soyqırımında həlak olanların xatirəsi yad olunub və Quran ayələri onların ruhlarına ehsan edilib. Daha sonra moderator “İslam və Ailə” adlı elmi seminarın məqsədi və hədəfləri barədə qonaqlara məlumat vermək üçün sözü layihənin rəhbəri ilahiyyatçı Kamran Məmmədova verib sonra isə seminarın əsas çıxışçılarına söz verilib.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Beynəlxalq Əl-Mustafa Universitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri Dr.Həsən Yusifzadə, Ümumi psixologiya üzrə məzun Pərviz Abdullayev, Geo Hospital klinikasının uşaq həkimi Sədiqə Yaqubova, İmam Rza (ə) mədrəsəsinin müdiri Hacı Əziz Nəbiyev, Gürcüstan qəzetinin xüsusi müxbiri və alman dili müəllimi Şəmil Ziyadəliyev və ingilis dili müəlliməsi Samirə İsmailova çıxış ediblər.

Çıxış edən natiqlər islamda ailə dəyərlərinə diqqət edərək sağlam və xoşbəxt ailənin təməlinin necə qoyulması üçün elmi və dini statlar gətiriblər. Çıxışçılar islam dinində qadın və kişi hüquqlarına toxunaraq ailə dəyərlərinin daima qorunub saxlanılmasının vacibliyini önə çəkiblər. Seminar çərçivəsində mütəxəssislər ailədə psixoloji məsələlərə xüsusi diqqət yetirlməsinin vacib olduğunu, həmçinin tibbi məsləhətlərin də ailə qurmazdan əvvəl və sonra mühüm məsələ olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıblar. Tədbirin sonunda Əl-Mustafa Beynəlxalq Universitetinin tələbələr arasında başlatdığı məqalə müsabiqəsinin qalibləri mükafatlandırlıb və qonaqlar furşet süfrəsinə dəvət olunublar. 

advanced divider