QARDABANİDƏ İSLAM PEYĞƏMBƏRINİN (S) VƏFATI İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Qardabanidə İslam Peyğəmbəri Hz. Muhəmmədin (s) rihləti və İmam Həsənin (ə) şəhadəti ildönümü münasibəti ilə qadınların iştirakı ilə tədbir keçirilib.
Quran tilavəti ilə başlayan tədbiri açıq elan edən Səbinə Rzayeva böyük İslam Peyğəmbərinin (s) rehləti və İmam Həsənin (ə) şəhadəti haqqında qısa məlumat verib. Sonra Gürcüstan Müsəlman Qadınları İcmasının digər üzvləri olan Gülşə Nemətova, Gülsəfa Məmmədova, Zəhra Məmmədova və Leyla Qurbanovaya çıxış üçün söz verib.
Tədbirdə Hz. Məhəmməd Peyğəmbərin (s) əxlaq və davranışları, həyatından örnək dərslər, Həzrətin baxışında İslami vəhdət, şəhidin məqamı və İmam Həsənin (ə) fəzilət və insani keyfiyyəti haqqında ətraflı danışılıb.
Tədbirdə Qarabağ şəhidləri rəhmətlə yad olunub, şəhidlərin ruhuna dualar oxunub, qazilərə şəfa dilənilib. Sonda ehsan süfrəsi təşkil olunub.
advanced divider