TBİLİSİDƏ QƏDİR-XUM BAYRAMI KEÇİRİLİB

Ötən axşam Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində Qədir-xum bayramı münasibəti ilə mərasim təşkil olunub.
Quran tilavəti ilə açıq elan olunan mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, Türkiyədən ölkəmizdə qonaq olan dəyərli İslam alimi Hacı Mehdi Aksu, Gürcüstan ruhanilərindən Hacı Rahid, Kərimov, və Məşədi Vidadi Qurbanov çıxış üçün kürsüyə dəvət olunublar.
Çıxış edən ruhani xətiblər “Qədir-xum” bayramının mənası, önəmi, mahiyyəti, tarixi həqiqətindən danışıb, Allahın son əmrini və Peyğəmbərimizin (s) son qiymətli sifarişini xatırladıblar.
Mərasimdə Əhlibeyt məddahı şeir və ilahilər oxuyub. Azyaşlı Quran kursu şagirdləri Hz. İmam Əli (ə) haqda mədhiyyələr söyləyiblər.
Sonda tədbir iştirakçıları bayram süfrəsi ətrafında bir araya gəliblər.
advanced divider