QARDABANİDƏ HZ. ZEYNƏBİN (S.Ə) TƏVƏLLÜDÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM TƏŞKİL OLUNUB

Qardaganidə Hz. Xanım Zeynəbin (s.ə) təvəllüd gününə həsr olunmuş mərasim təşkil olunub.
Mərasimə Qardabani rayon və ətraf kəndlərdən xanımlar dəvət olunub.
Quran’i-Kərimin qiraəti ilə açıq elan olunan mərasimdə təşkilatçı “Gürcüstan Müsəlman Qadınlar İcması”nın üzvləri olan din müəllimələrinin çıxışı olub.
Çıxış edənlər İslamda nümunəvi qadın simvolu olan Hz. Zeynəbin (s.ə) həyatı, fəziləti və örnək özəllkləri haqqında danışıblar.
Nəhayət bayram süfrəsi ətrafında təşkil olunan mərasim İmam Zaman (ə) duasının oxunması ilə sona çatıb.
Sonda tədbir iştirakçılarına yeni ilin dini təqvimi və müəyyən kitablar hədiyyə edilib.
advanced divider