HZ. ZEYNƏBİN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Marneulinin Yuxarı Saral kəndində yerləşən İmam Zaman (ə) məscidinin tədbir salonunda Xanım Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə tədbir təşkil olunub.
Gürcüstan Müsəlman Qadınları İcmasının təşkilatçılığı ilə keçirilən tədbirdə Yuxarı Saral kəndi ilə birgə və Marneuli və ətraf kəndlərdən xanımlar iştirak edib.
Quran’i-Kırimin qiraəti ilə açıq elan olunan tədbirdə BGMİ-nin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın üzvləri olan din müəllimələrinin çıxışı olub.
Çıxış edənlər İslamda nümunəvi qadın simvolu olan Hz. Zeynəbin (s.ə) həyatı, fəziləti və örnək özəllkləri haqqında danışıblar.
Tədbir birgə dua oxumaqla sona çatdıqdan sonra tədbir iştirakçıları bayram şirniyyatı süfrəsinə qonaq olublar. Onlara müəyyən dini kitablar hədiyyə edilib.
advanced divider