TEHRANDA 37-Cİ BEYNƏLXALQ “İSLAM VƏHDƏTİ” KONFRANSI KEÇİRİLİR

Bu gündən başlayaraq Tehranda 3 gün davam edəcək 37-cu beynəlxalq İslam Vəhdəti konfransı, “Ortaq dəyərlərin əldə olunması yönündə İslami əməkdaşlıq” başlığı altında keçirilir.
Ötən illərdə olduğu kimi bu konfransda İslam Məzhəblərini Yaxınlaşdırma Baş Assambleyasının təşkilatçılığı ilə dünyanın 40-dan çox ölkəsindən ümumilikdə 110 nəfər dini rəhbər və alimlər və İran İslam respublikasından onlarla nüfuzlu islamşünaslar, İmam cümlələr, fikir və qələm sahibləri iştirak edir.
Konfransda iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidovun və müftisi Hacı Adəm Şantadzenin konfransın ikinci günündə mövzu ətrafında çıxışları nəzərdə tutulub.
advanced divider