TBİLİSİDƏ HZ. İMAM ƏLİ (Ə) VƏ FATİMEYİ ZƏHRANIN (S.Ə) EVLİLİK İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ “NÜMUNƏVİ AİLƏ MODELİ ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Bu gün Tbilisidə “Alul-beyt” Mədəniyyət Mərkəzinin iclas zalında Hz. İmam Əli (ə) və Fatimeyi Zəhranın (s.ə) evlilik ildönümünə həsr olunmuş “Hz. İmam Əli (ə) ilə Xanım Fatimənin (s.ə) nümunəvi ailə modeli” mövzusunda elmi konfrans keçirilib. Əsas mövzusu “Nümunəvi ailə modeli” olan bu konfrarnsda müəllimələr, din, elm və ictimaiyyət xadimələri və tələbələr iştirak edib.
Öncə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov konfransın məram və mövzusunu söyləyərək açıq elan etdikdən sonra Qurani-Kərimin tilavəti üçün sözü Məşədi Vidadi Qurbanova verib.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin qərbi Gürcüstan üzrə müftisi Hacı Adəm Şantadze, Gürcüstan Müsəlmanları İdarəsinin şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov, Almustafa Beynəlxalq Universitetinin Gürcüstan üzrə nümayəndəsi Hacı Həsən Yusifzadə, Türkiyənin Gürcüstandakı səfirliyinin Din Hizmətləri üzrə Müşaviri Hacı Mahmut GÖL, Gürcüstanın dəyərli ruhanilərindən Hacı Əli Əliyev mövzu ətrafında çıxış ediblər.
Çıxış edən dini rəhbərlər və alimlər Hz. İmam Əli (ə) ilə Xanım Fatimənin evlilik həyatından və yaşayışlarından tarixi örnəklər gətirərək İslamda nümunəvi ailə və evlilik meyarı, xoşbəxt ailənin əsasları, ailə ocağının sağlamlığı üçün ailə üzvlərinin üzərinə düşən məsuliyyətlər və s. mövzular haqda ətraflı danışıblar.
Konfrans sonrası iştirakçılara şirniyyat sovqatı təqdim olunub. Onlara Ailə mövzusunda çap olunmuş posterlər və “Ailə səadəti” kitabı hədiyyə edilib.
advanced divider