TBİLİSİ VƏ MARNEULİDƏ 130 NƏFƏR SEÇİLMİŞ QURAN KURSU TƏLƏBƏLƏRİ ARASINDA MÜSABİQƏ TƏŞKİL OLUNUB

Bölgələrdə Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qızlar arasında 7-ci Qurani-Kərimin üzündən düzgün sərbəst oxunuşu və 30-cu cüzdən müəyyən surələrin hifzi üzrə yarışlar təşkil olunub.
Tbilisi və Marneulidə keçirilən iki günlük yarışda ölkənin müxtəlif yerlərindən ümumumilikdə 130 şagird hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayıblar.
Yarışlar Quran tilavəti ilə açıq elan edildikdən sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov öncə şagirdləri və müəllimlərini təbrik edib, onlara uğurlar diləyib, Qurani-Kərimin təlim və tədrisi sahəsində zəhmət çəkən ustadlarına və yarışın təşkilinə çalışanlara da təşəkkür edib. Quran oxumağın əhəmiyyəti və dəyərləri haqqında danışıb.
Sonra müsaqbiqə haqqında məlumat verərək ötən illərdə olduğu kimi yarışlarda uğurla çıxış edib fərqlənən şagirdlərin (qaliblərin) Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən fəxri fərman və pul mükafatları ilə qiymətləndiriləcəyini bildirib.
Yarışlarda iştirak edən bütün şagirdlərə təqdirnamə və iştirak üçün kartlar təqdim edilib.
advanced divider