QARDABANİ ŞƏHƏRİNDƏ İFTAR SÜFRƏSİ TƏŞKİL OLUNUB

Bu gün Qardabanidə rayon rəhbərliyi tərəfindən iftar süfrəsi təşkil olunub.
İftar məclisində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, bölgə ruhaniləri ilə birgə millət vəkili, rayon icra hakimiyyəti və bələdiyyəsinin əməkdaşları, şəhər və ətraf kəndlərindən dəvət olunan dindarlar, din və ictimaiyyət xadimləri iştirak edib.
Qurani-Kərimin tilavəti ilə başlayan məclisdə Gürcüstan Parlamentinin millət vəkili Zaur Darğallı, Savalan Mirzəyev, Qardabani bələdiyyəsinin meri Davit Kargareteli, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Şərqi Gürcüstan müftisinin nümayəndəsi Hacı Rizvan Qəhrəmanov və məclis iştirakçılarını salamlayaraq Ramazan ayı münasibəti ilə təbrik etmiş, bu ayın dəyəri, mahiyyəti və orucun əhəmiyyəti haqqında danışıbar. Dövlətimizin Ramazan boyunca ənənəvi olaraq bölgələrdə iftar süfrələri təşkil edərək dinimizə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndiriblər. Həmçinin Gürcüstanda dinlərarasında mövcud olan dostluq münasibətlərindən və tolerantlığın müsbət inkişafına toxunublar.
Məclisdə dünyaya və ölkəmizə sülh, bolluq-firavanlıq, ailələrə xöşbəxtlik və körpələrə sevinc arzu olunub. Sonda məclis süfrə duası ilə sona çatıb.
advanced divider