Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Dini Agentliyin sədri ilə görüşüb

Bütün Gürcüstan Müsəlman İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Gürcüstan Hökumətinin Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşüb.
Görüşdə Şeyx Hacı Faiq Nəbiyev, Dini Agentliyin sədri Zaza Vaşakmadze, GMİ-nin Ali Dini Şurasının üzvləri Hacı Qurban Murğuzov, Hacı Əziz Nəbiyev, Hacı Rahid Kərimov iştirak ediblər.
Zaza Vaşakmadze yeni seçilən Şeyxi şərəfli və məsuliyyətli vəzifəyə seçilməsi münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb.
O Gürcüstan hökumətinin müsəlman cəmiyyətinə diqqət və dəstəyinin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Agentlik sədri Şeyx Faiq Nəbiyevlə Dini Agentlik və GMİ arasında intensiv əməkdaşlığa işarə edərək birgə səfərləri və tədbirlərin həyata keçirilməsini müzakirə edib.
Şeyx Hacı Faiq Nəbiyev qəbula görə agentlik sədrinə təşəkkür edib, GMİ ilə dövlət arasındakı yüksək səviyyədə münasibətlərdən, dövlətin müsəlman cəmiyyətinə olan diqqət və dəstəyini vurğulayıb, həmçinin müsəlman cəmiyyətinin qarşısında duran çətinliklərdən və həlli yollarından danışıb.
Şeyx müsəlman icmasının dini ehtiyaclarının maksimum ödənilməsi üçün bütün resurs və imkanlardan istifadə edəcəyini qeyd edərək, Dövlətin Müsəlman İcmasına dəstəyinin davam edəcəyinə ümidvar olduğunu deyib.
Görüş zamanı GMİ-nin Ali Dini Şurasının üzvləri Hacı Əziz Nəbiyev və Hacı Qurban Murğuzov çıxış edərək, səmimi qarşılanmaya görə Dini Agentliyin sədrinə təşəkkürlərini bildirərək, yeni Şeyxə uğurlar arzulayıblar.
Onlar həmçinin yeni Şeyxə Dini Şura və ruhanilər tərəfindən yüksək dəstək olaraq, müsəlman icmasının qarşısında duran çətinliklərin öhdəsindən birgə gələ biləcəklərini deyiblər.
Görüşün sonunda Şeyx Dni Agentliyin sədrinə dostluq və ehtiram göstərmək üçün simvolik hədiyyə verib.
advanced divider