GÖRÜNMƏYƏN GÖRÜNƏNLƏR… GÖRÜLMƏZDƏN GƏLİNİLƏNLƏR…

Siz heç bir əsrə yaxın bombalar altında sabahlarını açan, silah səsi ilə oyanan uşaqlar gördünüzmü?
Siz heç hər günləri ölümlə burun-buruna olan, yaşadıqları günlərini sayına görə şükr edən xalq gördünüzmü?
Siz heç öz doğma torpaqlarında yadmış, hətta düşmənmiş kimi davranılan, hər gün döyülən əzilən qadınlar, qocalar gördünüzmü?
Siz heç haqlıykən haqsız qələmə verilən, unudulan, köməyi olmayan, görülməzdən gəlinilən bir toplum gördünüzmü?
Siz heç müharibə vəziyyətində belə suları, işıqları kəsilən, ərzaqları belə əllərindən alınan insanlar gördünüzmü?
Siz heç xəstəxanalarda rahat buraxılmayan, məsciddə ibadətlərinə aman verilməyən, təməl insani haqları belə əllərindən alınan Allah bəndələri gördünüzmü?
Gördünüz, mütləq ki, xəbəriniz də oldu, hamının, bütün dünyanın xəbəri olduğu kimi. Ancaq görülməzdən gəlinildi, səsləri belə duyulmadı.
Bütün bunlara bu gün buna görə hamı öz haqq səsini çıxarmalıdır ki, zülmə dur deyən olmayanda qudurur, artır, öz cinayətinə bəraət haqqını görür özündə!
Bu gün hamı buna görə məzlumu müdafiə etməlidir ki, zülm etmək adiləşməsin, vicdanlar susmasın, insani dəyərlər diri qalsın!
Güya bunları görmürük? Kimin gördüyünü, kimin görüb özünü görməməzliyə vurduğunu HƏR ŞEYİ GÖRƏN ONSUZ DA GÖRÜR…
advanced divider