“FƏLƏSTİN VƏ QƏZZA” MÖVZUSUNDA BEYNƏLXALQ ONLAYN TOPLANTI TƏŞKİL EDİLİB

Bu gün Türkiyənin Diyanət İşləri Başqanlığının təşəbbüsü ilə 92 ölkədən “Fələstin və Qəzza” mövzusunda beynəlxalq onlayn toplantı təşkil edilib.
130-dan çox iştirakçının qatıldığı toplantıda dünyanın müxtəlif yerlərindən İslami təşkilatların rəhbərləri və din alimləri iştirak edib.
3 saata yaxın davam edən toplantıda son zamanlar Yaxın Şərqdə baş verən acı, vəhşətdolu hadisələr qınaqla danışılıb. Qəzza zolağında gərginliyin azalmasının vacibliyi, Fələstin məsələsinin ədaləti həll yolunun zəruriliyi və s. mövzular haqqında toplantı iştirakçıları fikirlərini dilə gətitiblər.
Sonda Türkiyənin Diyanət İşləri Başqanı Dr. Ali Erbaş toplantının birgə bəyannaməsini açıqlayıb.
advanced divider