QARDABANİDƏ İMAM HƏSƏNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB

Ramazan ayının bu axşamı Qardabanidə İmamət simasının 2-ci parlaq ulduzu İmam Həsən Müctəbanın (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib.
İftar süfrəsi ətrafında təşkil olunan mərasimdə din, elm, ictimaiyyət xadimləri, yerli rəhbərlik və diplomatik korpus nümayəndələri və inanclı müsəlmanlar iştirak edib.
Mərasim Məşədi Vidadi Qurbanovun Qurani-Kərimdən bir neçə ayəni tilavəti ilə açıq elan olunub.
Sonra kürsüyə dəvət olunan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Gürcüstan Ruhaniləri Heyətinin üzvü Hacı Kamran Məmmədov Ramazan ayının fəziləti, mənəvi və ictimai dərsləri, həmçinin təvəllüdü bu günə təsadüf edən Cənnət cavanlarının sərvəri İmam Həsənin (ə) örnək şəxsiyyəti, ibrətli həyatı və nəsihətdolu kəlamları haqqında danışıblar.
Sonra Qardabani Rayon Bələdiyyəsinin müşaviri Dünyamalı Hacıyev Azərbaycan respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşı Eldar Bayramov və başqaları çıxış edərək mərasim iştirakçılarına təbrik və xoş arzularını çatdırıblar.
Mərasim Əhlibeyt məddahı Səid Həsənin oxuduğu şeir və ilahilərlə xoş əhval ruhiyyədə davam edib.
Nəhayət tədbir İmam Zaman (əc.) duası ilə sona çatıb.
advanced divider