TBİLİSİDƏ DƏYƏRLİ DİN ALİMİ HACI ŞAHİN HƏSƏNLİNİN ANIM MƏRASİMİ KEÇİRİLİB

Bu gün iki gün öncə 48 yaşında vəfat edən Azərbaycanlı tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin xatirəsinə Tbilisidə anım mərasimi keçirilib.
Gürcüstan Müsəlmanları İdarəsində fəaliyyət göstrərən ruhanilərin iştirakı ilə keçirilən anım mərasimində öncə mərhumun ruhuna Quran oxunub, dualar edilib.
Sonra Gürcüstan Müsəlmanları İdarəsnin şeyxi Hacı Ramin İgidov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyev, Alulbeyt Dini Mədəniyyət Mərkəzinin sədri Hacı Faiq Nəbiyev, Gürcüstanın dəyərli Ruhanilərindən Hacı Rahid Kərimov çıxış edərək moizələri ilə dünya azərbaycanlılarının qəlbində sevgi və sayqı qazanan dəyərli din alimi haqqında öz fikirlərini və təəssuratlarını söyləyiblər. Ona Allahdan rəhmət, ailəsinə yaxınlarına dərin hüznlə başsağlıqlarını çatdırıb, şəxsiyyətinə hörmət bəsləyənlərə səbr diləyiblər.
Məclis Azərbaycanlı Əhli-beyt məddahı Seyid Rəhman rövzə və dua oxuması ilə sona çatıb.
Qeyd edək ki, dünənki Cümə namazlarında Gürcüstanın bir çox məscidlərində də Hacı Şahin anılıb, söhbətlər edilib və ruhuna Quran oxunulub.
advanced divider