TBİLİSİDƏ “DİNLƏRARASI DİALOQDA DÖVLƏTİN ROLU” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

Konfransda Azərbaycanın və Gürcüstanın dövlət və hökumət rəsmiləri, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftiləri, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, müxtəlif dini icma nümayəndələri, elm, din və ictimai xadimlər, bir neçə ölkələrin səfirləri, Avropa İttifaqının və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Dini Məsələrə üzrə Dövlət Agentıiyinin və Azərbaycanın Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konfransda mövzu ətrafında çıxışlar olub.
Konfransda birmənalı olaraq qeyd olunmuşdur ki, sivilizasiyalar və dinlərarası dialoqun davam etdirilməsi müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında, bəşəriyyət arasında sülh və sabitliyin inkişiafı yönündə müstəsna əhəmiyyət kəsb edir. Bu sahədə dövlətin də rolu danılmazdır. Dini icmalarla birgə dövlətin də üzərinə böyük məsuliyyət düşür. Konfrans iştirakçıları sivilizasiyalar və dinlərarası dialoqun inkişaf etdirilərək əməkdaşlıq səviyyəsinə çatdırılmasında birgə səylərin artırılmasının vacibliyini xüsusi olaraq yekdil mövqedən bəyan etmişlər.
Konfransda çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov İslamın dini mənsublararası dialoqa baxışı, dinlərarsı və məzhəblərarası dialoqun məqsədləri, əhəmiyyəti və prinsipləri haqqında danışib.
advanced divider